28 Noyabr 2019 17:14
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti İlham Namiq Kamal İTV-də yayımlanan “3D” proqramında Dadaş Dadaşlinskinin qonağı olub.

Teleqraf.com xəbər verir ki, Dadaş Dadaşlinskinin “Afaq Bəşirqızı Teatrlar Xadimləri İttifaqının XIV konfransını yarımçıq tərk elədi.

Belə etməsində isə məqsədi teatrdagənc nəslin yolunu kəsənləri ifşa etmək olub” sualına İlham Namiq Kamal belə cavab verib: “Qurultayda mən də var idim. Mədəniyyət naziri Əbülfəz Qarayev çıxış etdi. Həmin vaxt Afaq xanım durub getdi. Bəlkə ürəyi vəzifə istəyir”.

Məsələ ilə bağlı xalq artisti Afaq Bəşirqızı ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında İlham Namiq Kamala cavab vermək istəmədiyini deyib:

“Hazırda teatrda məşqdəyəm. Əslində, bilmirəm niyə belə açıqlama verib... Bu haqda özü daha ətraflı cavab verə bilər”.

Qeyd edək ki, hər iki xalq artisti Akademik Musiqili Teatrında çalışırlar.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər