29 Noyabr 2019 16:10
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan bu ay sayca ikinci klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, sənətçinin bu dəfə ekranlaşdırdığı klip “Elə bilirdim” mahnısına çəkilib.

Klipin rejissoru Fərhad Əlidir. Ekran işi Bakının müxtəlif məkanlarında lentə alınıb.

Mahnının sözləri Leyli Erola, musiqisi və aranjimanı Hakan Erola məxsusdur. Həmin bəstə “Apple Music”, “Spotify”, “Deezer”, “Mood” kimi musiqi yükləmə platformalarında öz yerini tapıb.

Xatırladaq ki, Röya bu ayın əvvəlində təqdim etdiyi “Dedin yox” adlı layihəsinin çəkilişlərini də Fərhad Əliyə həvalə etmişdi.


Müəllif: Teleqraf.com