3 Dekabr 2019 12:24
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Millətin dərdinə qalmaq üçün vacib deyil ki, parlamentdə oturasan. Millətin dərdini sənətçi olaraq da həll edə bilərik. Mənə elə gəlir ki, öz tribunamda çıxış edib, səsimi insanlara çatdıra bilirəm”.

Bu sözləri əməkdar artist Lalə Məmmədova Teleqraf.com-a açıqlamasında deyib.

Lalə Məmmədova deyib ki, sənətçi olaraq ona inanan kütlə varsa, millət vəkili olması önəmli deyil: “Mən siyasətə qarışacaq insan deyiləm və bundan uzağam. Amma haqsızlıq görəndə səsimi ucaltmaqdan heç vaxt qorxmamışam. Hətta mənə çətinliklər hesabına başa gəldiyi anlar da olub. Amma yenə də çətinliklərdən çəkinməmişəm”.

“Sizin bir müddət əvvəl əməkdar artist Ehtiram Hüseynovla İnstaqramda paylaşdığınız foto müzakirələrə səbəb oldu. Əlbisənizin yarığının çox olması birmənalı qarşılanmadı” sualına Lalə Məmmədova belə cavab verib: “O şəkildə yalnız yarığı gördülər. Yaxşı bir şey görmədilər?”

Əməkdar artist “Hazırda valideynlərinizlə yaşayırsınız. Keçmiş həyat yoldaşınız İlham Qafarovu aliment ödəmədiyinə görə məhkəməyə vermişdiniz. Mövcud probleminiz həll edildi?” sualına isə cavab vermək istəməyib: “Bu mövzuda danışnmaq istəmirəm”.

Artıq çəki itirən Lalə Məmmədova bunun səbəbini açıqlayıb: “Pərhrizlə, idmanla arıqlayıram. Bununla yanaşı güc və iradə də vacibdir. Hərdən iştahım açılır, sonra deyirəm ki, sən bunu etməməli idin”.


Müəllif: Rəqsanə Həsənova