14 Dekabr 2019 13:55
2 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Könül Kərimova Mərkəzi Klinikaya yerləşdirilən oğlu Rəşadın səhhətindən danışıb.

Teleqraf.com xəbər verir ki, Könül Kərimova “Zaurla günaydın” verilişində oğlunun səhhətinin yaxşılaşdığını deyib: “Hamı narahat oldu. Cavanlar sözə baxmırlar, vaxtında yemir və düzgün qidalanmırlar. Bu, hamıya dərs olsun. Oğlumun 27 yaşı var. Böyük bir şey deyil, yaxşı qurtardıq. Allah bütün gənclərə kömək etsin!”.

Qeyd edək ki, mətbuatda Rəşadın ürəyində anju əməliyyatı keçirdiyi qeyd edilib.


Müəllif: Rəqsanə Həsənova