24 Dekabr 2019 23:54
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur aparıcı-prodüseri Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı şəxsi həyatı ilə bağlı etirafı ilə təəccübləndirib.

Teleqraf.com xəbər verir ki, Şeyma Subaşı, "Acun ilə münasibətiniz başlayanda həyat yoldaşından ayrılmışdınızmı?" sualına "Kimsə kiminsə ailəsini dağıtmaz" deyə, cavab verib.

Şeyma Subaşı Acun Ilıcalının keçmiş həyat yoldaşı Zeynəb Ilıcalının ona cadu elətdirdiyini də vurğulayıb: "Mən deyil, amma başqaları cadu elətdirib. Bunu mesajlarında gördüm, oxudum".

Qeyd edək ki, Şeyma Subaşı Acun Ilıcalının üçüncü rəsmi həyat yoldaşı olub. Cütlüyün bir qızı var.


Müəllif: Rəqsanə Həsənova