27 Dekabr 2019 11:20
3 604
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Eurovision-2010” təmsilçimiz Səfurə Əliyeva həyat yoldaşı Fərhad Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, Səfurə Əliyeva İnstaqramda video paylaşaraq “Ad günün mübarək, mənim sevimli həyat yoldaşım. Biz səni sevirik” şərhini yazıb.

Səfurə həyat yoldaşı ilə səmimi görüntüsünü ilk dəfə yayıb. O, Fərhad Əliyevin yanağından öpərək doğum gününü təbrik edib.

Qeyd edək ki, Səfurə Əliyeva mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlidir. Cütlüyün İsgəndər və Natiq adlı iki oğlu, Ayişə adlı bir qızı var.


Müəllif: Teleqraf.com