Aparıcı Kəmalə Piriyeva və aktyor Elcan Rəsulov yenidən bir araya gəliblər.
Teleqraf.com xəbər verir ki, Kəmalə Piriyeva bu haqda İnstaqramda məlumat verib.
O və Elcan Rəsulov ATV-də yayımlanacaq “Bir kişi bir qadın” serialının baş rollarını ilə oynayacaqlar.
Elcan Rəsulov isə sosial şəbəkədə yeni işləri haqda “Boşanmaların çoxaldığı vaxtda belə, biz ayrılmadıq. Tezliklə yenə ATV-də evimiziə qonaq gələcəksiniz” şərhini yazıb.
Qeyd edək ki, bir müddət əvvəl Kəmalə Piriyeva və Elcan Rəsulov ATV kanalında yayımlanan “Ər və arvad” serialından ayrılmışdılar.
Serialın rejissoru Aqil M. Quliyev ikili ilə müqavilənin bitdiyini və başqa heyətlə fəaliyyətlərinə davam edəcəklərini bildirmişdi.