Dünya ulduzu Cennifer Lopezin striptizçi obrazını canlandırdığı “Hustlers” filmi məhkəməyə verilib.
Teleqraf.com-un məlumatına görə, keçmiş striptizçi Samanta Barbaş onunn həyatından bəhs edilən film şirkətini məhkəməyə verib.
Samanta Barbaş film üçün ondan icazə alınamdığını, prodüserin ona böhtan atdığını və vətəndaşlıq hüquqlarının pozulduğunu iddia edərək şirkətə 40 milyon dollarlıq təzminat davası açıb.
Film Nyu-York müştərilərinə dərman verib onların kredit kartını ələ keçirən keçmiş striptizçinin həyatından bəhs edir.