Keçmiş ingilis futbolçusu, “Miami Inter”in sahibi Devid Bekhem türkiyəli futbolçu Arda Turanı komandasına dəvət edib.
Teleqraf.com xəbər verir ki, Devid Bekhem Arda Turanı öz komandasına transfer etmək niyyətindədir.
Amerika futbol komandasına üç tanınmış futbolçunun transfer olacağı və onlardan birinin Arda Turan olacağı iddia edilir.
Futbolçunun isə üç komanda- Qalatasaray, Qatar və ABŞ futbol komandası arasında seçim qarşısında olduğu bildirilir.