10 Yanvar 2020 15:55
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Elə hadisələr olur ki, adam susub qalır. Söz tapmırsan... Deyirsən ki, Allahım, bu insana nə cavab verim? Çünki belə insanlara şillə kar eləməz. Dövlətimiz tərəfindən onlara ancaq edam lazımdır. Bu hadisə hər birimizi ağırdır, əsrin faciəsidir. O uşağı küt alətlə vurublar, dırnağını kəsiblər, yandırıblar. Balaca bir kənddə bir ay ərzində kənd camaatı Nərmini tapmalı idilər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar artist Elza Seyidcahan tovuzlu Nərmin Quliyevanın ölümündən danışarkən deyib.

Əməkdar artist deyib ki, hazırda dövlətimiz bütün uşaqlara, xüsusi ilə sağlamlığında problem və ya qüsur olan uşaqlara xüsusi qayğı göstərir.

Növbədənkənar parlament seçkiləri üçün namizədliyi qeydə alınan və 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən əməkdar artist deyib:

“Mən Allahın vergili bir insanıyam. Şükür Allaha, yaradıcı insanam. Emosional insanam, amma hər zaman deyəcəyim sözü düşünür və süzgəcdən keçirirəm. Yuxarıda qeyd etdiyim fikirləri bəstəkar-müğənni kimi bildirdim. Millət vəkilliyinə namizədliyim haqqında yalnız ayın 17-dən danışa bilərəm. Təşviqat dövründə.

Mən harada oluramsa-olum, bəsətkarlığımda, analığımda, övladlığımda, vətənə sevgimdə hər bir işimlə iz qoymuşam. Hər yerdə seçilmişəm. Uşaqlıqdan belə olub. Mənim atdığım addım, dediyim söz yaxşı mənada nümunə olub. Yəqin ki, bu dəfə də nümunə olacaq”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər