Müğənni Roza Zərgərli türkiyəli tanınmış stilist İvana Sərti Bakıya gətirib.
Teleqraf.com xəbər verir ki, Roza Zərgərli İnstaqramda İvana Sərtlə videosunu paylaşıb.
İvana Sərt “Sizi çox sevirəm və Bakıya yenidən gəldim. Son iki-üç ayda layihələrimiz olacaq” deyə qeyd edib.
Roza Zərgərli bir müddət əvvəl saytımıza açıqlamasında dəblə bağlı layihə hazırlayacağını və türkiyəli məşhur simalardan birini dəvət edəcəyini açıqlamışdı.