4 Fevral 2020 14:07
1 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Qədir Qızılsəs “Ona qalsa” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, müğənni ona ziyan verən insanların çoxluğundan danışıb: “Mənə daim zərbə vururlar. Elə bir insanam ki, kiminsə qəlbinə dəyəcək nəsə etmərəm. Amma bilmirəm niyə belədir…

Allah insandan üzr döndərməsin. Deyirəm ki, nə vaxt olsa başa düşərlər, Allah onların canını sağ etsin”.

Müğənni aparıcının “Nazpəri Dostəliyevanın illərdir bütün tədbirlərə gedərkən özü ilə termosda çay aparır” fikrinə isə belə reaksiya göstərib:

“Mən də termosla toya gedirəm. Özü də elə cəmiyyətin çox olduğu yerdə insana zərər vururlar. Məni də toyda zəhərlədilər”.


Müəllif: Sara