6 Fevral 2020 12:47
2 662
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sosial şəbəkədə açıq-saçıq fotolar paylaşarkən təqdilərdən çəkinmirəm. İki fotom İtaliyada “Vogue” jurnalında yayımlandı. Çılpaq fotolar “Playeboy” jurnalı üçün lazımdır, oradakı fotom normal idi. Mənim jurnalda çılpaq poz verməyim üçün məqsədim olmalıdır. Yəni niyə çılpaq çıxmalıyam... Arxivimdə çılpaq fotolarım var, amma heç kimi onu görməyib. 20-30 ildən sonra baxacam ki, mən belə gözəl idim”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Avroviziya 2014” təmsilçimiz Dilarə Kazımova deyib.

O sosial şəbəkədə açıq-saçıq fotolarının tənqid edilməsindən də münasibət bildirib: “Yazılan pis şərhləri oxumuram. Çox yaxşı sözlər də yazırlar. Bəzi şərhləri silirəm. Təbii ki, tənqidi şərhlərə reaksiya vermirəm. Hamı məni sevməyə məcbur deyil”.


Müəllif: Rəqsanə Həsənova