Məşhur aparıcı Hacı Nuran xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, Hacı Nuran İnstaqramda xəstəxanadan fotosunu paylaşaraq bu sözləri qeyd edib: "Gərgin iş rejimi səhhətimdə bəzi problemlər yaratdı. Özümü yaxşı hiss etmədiyimə görə müalicəyə ehtiyac vardı.
Elə bilirdim ki, günü-günə satmaqla müalicənin vaxtını uzada biləcəm. Amma alınmadı. İki saatlıq müayinədən sonra həkimlər qərarı qəti idi: yataq rejimi..."