14 Fevral 2020 14:28
3 556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Zamiq Hüseynov Teleqraf.com-un suallarını cavablandırıb.

- Zamiq bəy, bu il Heydər Əliyev adına sarayda konsert verəcəksinizmi?

- Bəli, konsert olacaq. Konsertin neçə gün davam edəcəyi hələ ki dəqiqləşməyib. Bir, yaxud iki gün ola bilər.

- Bu dəfə konsertinizdə fərqli nə edəcəksiniz?

- Mənim konsertlərim hər dəfə fəqlənib. Bu il də, fikrimcə, fərqli olacaq. Bu haqda daha geniş konsertin ssenarisi yazıldıqdan sonra dəqiq danışa bilərəm.

- Bu gün 14 fevral beynəlxalq sevgililər günüdür. Həyat yoldaşınızla necə qeyd edəcəksiniz?

- Özümə məxsus qaydada sevdiyim xanımla qeyd edəcəm. Yalnız özəl günlərdə deyil, başqa günləri də gözəl keçirmək lazımdır.

Biz bir yerdəyiksə, günümüz gözəl keçirsə, birlikdə restorana gediriksə, gül hədiyyə edirsənsə, bu, özü gözəllikdir. Mən heç vaxt deyə bilmərəm ki, sevdiyim xanıma avtomobil bağışlayacam. Heç vaxt bu düşüncədə olmamışam. Əsas odur ki, münasibət yaxşı olsun. Bir yerdə olduqdan sonra pendir-çörək də yesən, insana xoş olur. Əsas sevgidir.

- Xəyyam Nisanov həyat yoldaşının instaqramdan istifadə etməsinə icazə vermir. Sizin də həyat yoldaşınıza belə məhdudiyyətiniz varmı?

- Ümumiyyətlə, ailə məsələləri haqqında danışmaq istəmirəm. Şəxsi həyatım haqqında heç vaxt danışmayacam.

- Həmkəraınız Abbas Bağırovla barışdınız?

- Hazırda münasibətimiz çox yaxşıdır. Tədbirlərin birində soyuq münasibətə son qoyduq.

- Küsülü olduğunuz müğənni var?

- Xeyr.

- Yaxın günlərdə Brilliant Dadaşova ilə Röya Ayxan qalmaqal yaşayan zaman hansı mövqeni tutdunuz? Çünki hər ikisi ilə münasibətiniz yaxşıdır.

- Aralındakı anlaşılmazlığı həll etdilər. Özləri məsələni aydınlaşdırdılar. İnciklik olsaydı, müdaxilə edərdim.

- Hansısa həmkarınızla duet gözlənilirmi?

- Röya ilə, daha bir-iki sənət dostlarımla duet oxuya bilərəm. Biz onu öncədən planlaşdırmırıq. Hansısa mahnı xoşumuza gələn zaman qərar veririk. Bizim sənətimizə böyük hörmətimiz var.


Müəllif: Rəqsanə Həsənova