14 Fevral 2020 21:39
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Günay İbrahimli “Yansın” adlı mahnısını təqdim edib.

Teleqraf.com xəbər verir ki, ifaçı növbəti dəfə bəstəkar Pərviz Mahmudovla işbirliyi qurub.

Mahnının sözləri Altay Yaşara, aranjemanı isə Hakan Erola məxsusdur.

Günay İbrahimli yeni mahnısı üçün fotosessiya etdirib. O, fotoqraf Niko Abbasovun kamerası önünə keçib. Müğənni çəkiliş zamanı bir neçə geyimdən istifadə edib.

Günay İbrahimlinin saç stili Aygün Məmmədovaya, vizajı Lamiyə Ağababayevaya, geyimi isə dizaynerlər Elnarə xanım və Aytən xanıma aiddir.


Müəllif: Rəqsanə Həsənova