17 Fevral 2020 18:40
3 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ailə quranda Anargilin evinə getdim. Övladım dünyaya gəldi, qaçaqov başladı. Sonra anamın evinə köçdüm. Övladlarımı anam böyüdüb”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Ay Zaur” verilişində müğənni Zenfira İbrahimova deyib.

Müğənni aparıcının “Deyirlər ki, həyat yoldaşınız Anar Heydərov sizinlə evlənməmişdən öncə bir dəfə evli olub” fikrinə belə reaksiya göstərib: “18 yaşım var idi, Anar da əsgərlikdən təzə gəlmişdi. İkimiz öz aramızda nişanlandıq, sonra da qaçdıq”.

Zenfira İbrahimova “Evə daha çox kim gəlir gətirir?”sualına “Bəziləri deyir ki, hər şeyi ərim edib. Müğənni üçün bu, həqiqətən gülüncdür. Məlum məsələdir ki, Anar idman sahəsindədir. Anarın bir ayda qazandığını bir günə qazanıram. Amma çox şükür ki, sağlam bir ailəmiz var” deyə, cavab verib.

Qeyd edək ki, Şəbnəm Tovuzlu maddi imkanlarını həyat yoldaşı Hacı Ramin sayəsində qazandığını deyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər