Bu il Niderlandda keçiriləcək “Avroviziya-2020” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək müğənni Samirə Əfəndi danışıb.
Teleqraf.com xəbər verir ki, Samirə Əfəndi İnstaqramda bu sözləri yazıb:
“Günün ən gözəl xəbəri! “Avroviziya-2020”də Azərbaycanı təmsil edəcəyim üçün çox şadam. Mənə inanan hər kəsə təşəkkür edirəm! Avropada musiqimizlə səs salmaq üçün tam gücümlə çalışacağam”.