Xəzər televiziyasının rəhbəri Murad Dadaşov meyxanaçı Pərviz Bülbülənin kanala çıxmasına qadağa qoyub.
Məsələ ilə bağlı Teleqraf.com-un əməkdaşı Pərviz Bülbülə ilə əlaqə saxlayıb. O “Xəzər televiziyasında sizə qadağa qoyulmasını necə qarşılayırısnız?” sualını “Ola bilər ki, koronavirusa görədir. Başqa heç nə ola bilməz” deyərək zarafatyana cavablandırıb.
Qeyd edək ki, Xəzər TV-də müğənnilər Şəbnəm Tovuzlu, Damla, Manaf Ağayev və Mətanət Əsədovaya qadağa qoyulduğu iddia olunur.