18 Mart 2020 15:59
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə-aktrisa Oksana Rəsulova yutubda prodüsür Tarix (Tolik) Əliyevin aparıcılıq etdiyi "Tolik ilə səmimi" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Oksana Rəsulova keçmiş rəfiqəsi, müğənni Natavan Həbibinin onun haqqında söylədiklərinə münasibət bildirib:

"Guya mən Toliklə "Maşın" şoudan sonra küsülü oldum. Halbuki bizim ondan sonra da çox yaxşı dostluq münasibətimiz vardı. 2013-cü ildə İnstaqramda status yazdım ki, "Natavan Həbibinin dostları dostlarım, düşmənləri düşmənlərimdir". Ondan sonra Tolik məni bloka atdı, mesaj yazdım, cavab vermədi. Belə etməsi müəmmalı qaldı. O zaman Natavanla çox böyük problemi vardı. Məndən də sırf Natavana görə küsdü. Mən səninlə Natavanın barışmasını eşidəndə çox pis oldum.

Sizim barışmağınızı mən də bilməli idim. Natavana özüm dedim ki, Toliklə barışacam, səninlə yox. İllər keçdi, məni toyuna dəvət elədi. Osman balaca olduğu üçün gedə bilmədim, hədiyyəsini göndərdim. Sonra ad günümə gəldi. Hazırda küsülü deyilik".

Qeyd edək ki, Natavan Həbibi "Söhbətsiz" verilişində Oksana Rəsulova haqqında belə açıqlama vermişdi: "İndi rəfiqə deyilik. Ondan dəxlisiz hərəkətlər gördüm. Oksana ilə bizim aramız Tolikin üstündə dəyib. Tolik mənimlə barışanda Oksanaya dedim ki, səninlə də barışacaq. Dedi, mən bu söhbətdə yoxam, onunla barışmıram".

Dedim, sən yox, Tolik səninlə barışacaq. Onların Toliklə davası Elşad Xoseyə görə idi, “Maşın” şoudan başlamışdı. Mənim isə bundan xəbərim yox idi. Sonra Oksana Tolikə mesaj yazdı və barışdı. Niyə elə etdiyi mənə çatmadı".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər