29 Sentyabr 2014 12:57
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Hadisə Əskişəhərdə konsert verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Fanta Gənclik Festivalının Əskişəhərdəki konserti ilə bu ilki çıxışlarını yekunlaşdırıb.

Geyimi ilə diqqətləri üzərinə toplamağı bacaran Hadisə konsertə gələn tamaşaçıları salamlayıb. O, "Sərin havaya baxmayaraq, bu enerjinizə heyran qaldım" deyib.

Sevilən mahnılarını ifa edən Hadisə tamaşaçıların alqışını qazanıb.

Cazibədar xanım konserti "Gülər üzünüz və isti münasibətinizə görə təşəkkürlər Eskişehir " sözləri ilə bitirib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər