Barbados əsilli amerikalı müğənni Rihanna Ceyms Bond haqqında növbəti filmdə rol alacaq. "Bond-24" adlanacaq filmin prodüsserləri filmin çəkilişlərində iştirak etməsi üçün pop-divaya müraciət ediblər.
Rihannaya təklif edilən rol epizodik olacaq və ehtimal edilir ki, Rihanna filmdə elə özü özünü oynayacaq. Bununla belə, müğənni Agent 007 haqqında filmdə çəkilmək imkanına görə çox şad olduğunu etiraf edib. Sən demə, Rihanna çoxdan bu kinoepopeyanın pərəstişkarı imiş.
ihanna bundan əvvəl də "Uğur qazan 3: hər şey ya heç nə", "Dəniz döyüşü", "Dünyanın sonu 2013: Hollivudsayağı Apokalipsis" kimi filmlərdə çəkilərək, böyük ekranda görünüb. Rihannanın ən son rol aldığı "Ev" filmi isə artıq gələn il işıq üzü görəcək.