21 Aprel 2020 17:29
1 523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış media eksperti Zeynal Məmmədli xalq artisti Afaq Bəşirqızının canlı yayımda söyüş məzmunlu ifadə işlətməsinə münasibət bildirib.

Media ekperti Teleqraf.com-a açıqlamasında deyib:

"Bu, televiziyaların və ümumilikdə cəmiyyətin problemidir. Ümumiyyətlə, efirdə yalan danışmaq, ədəbsiz sözlərdən istifadə etmək düzgün deyil. Ədəbsiz sözlərlə tamaşaçı cəlb eləmək acizlik əlamətidir.

Gələk qeyri-etik ifadənin efirdə yayımlanmasına, texniki imkanlar var ki, ən azından ifadə işlədilən zaman səsi ala bilərdilər. Efiri diqqətlə izləmək lazımdır. İstənilən halda belə ifadələrin efirdə səslənməsi yolverilməzdir.

Televiziyalarda milçəyi məhv etmək və efirdəki çirkabın səbəbini dəqiqləşdirmək lazımdır.

Afaq Bəşirqızının qeyri-etik söz işlətməsinə gəlincə, videonu izləməmişəm. Afaq xanımın sənətinə böyük hörmətim var. Niyə elə deyib, başa düşə bilmirəm. Afaq Bəşirqızı kifayət qədər yetkin insandır. Nəyin lazım olub-olmadığını çox gözəl bilir. Onu kim o həddə çatdırıb? Öz kontrolunu itiribsə günahsızdır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər