Türkiyəli müğənni Demet Akalın sosial şəbəkədə "Survivor" yarışmasında iştirak edən kikboks üzrə dünya çempionu Pərviz Abdullayevlə bağlı paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Demet Akalın sosial şəbəkədə "Pərviz, intiqamın alındı, bizi bağışla" şərhini yazıb.
Buna səbəb ötən gün "Survivor" iştirakçısı Ezgi Hocaoğlunun oyundan çıxması olub.
Qeyd edək ki, Pərviz Abdullayev səsvermə nəticəsində oyunu tərk etmişdi. O, hazırda Dominikan Respublikasında oteldə karantindədir.