Bollivudun məşhur aktyoru Rişi Kapur 67 yaşında dünyasını dəyişib.
Teleqraf com xəbər verir ki, xərçənglə mübarizə aparan aktyor Mumbayda xəstəxanaların birində vəfat edib.
Onun ölümü haqqında sosial şəbəkədə dostu Amitabh Baççan məlumat verib.
O, Twitter hesabında "Rişi Kapur getdi... Mən yıxıldım!" sözlərini yazıb.
Qeyd edək ki, Rişi Kapur aktyor Rac Kapurun oğlu idi. O “Bobbi” filmindəki obrazı ilə məşhurlaşıb.