4 May 2020 10:21
2 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Səidə Sultan Natavan Həbibi ilə xalq artisti Röya Ayxanın qalmaqalına qoşulub.

Teleqraf.com xəbər verir ki, Səidə Sultan imic oxşarlığına görə qalmaqal edən Röya Ayxan və Natavan Həbibidən öncə həmin imici özünün etdiyini qeyd edib.

O, İnstaqramda foto paylaşaraq "Röyanın İnstaqram səhifələrindən sildirdiyi şəkli istədim ki, öz səhifəmdə paylaşım.
Şərhi sizə buraxıram. Xatırladım ki, bu şəkli 2009-cu ildə iyunun 17-də çəkdirmişəm. Ünvanlıdır... Niyə inciyirsiniz ki? Fakt göz qabağındadır" deyə qeyd edib.

Natavan Həbibi isə həmkarını dəstəkləyərək "İdeya mənbəyidir, yazıq gündə bir şey fikirləşir" deyə münasibət bildirib.

Qeyd edək ki, Röya Ayxan ilə Natavan Həbini imicini dəyişərək saçlarını uzadıblar. Hər iki məşhurun bənzər imicləri qalmaqala səbəb olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər