Xalq artisti Nazpəri Dostəliyeva "Edəkilərə salam" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, daim villasında kamera qarşısına keçən Nazpəri Dostəliyeva bu dəfə yeni tikili binada yerləşən mənzilini nümayiş etdirib.
O, oğlanları ilə ayrı yaşadığını etiraf edib:
"Hər birinin öz evi var, ayrı yaşayırıq. Biz, ancaq bağda birləşirik. Bağ evimiz böyükdür. Hər birinin öz otağı var. Bura gəlib, gedirlər.
Əli indi yanımdadır, bir az xəstələnmişdi, müalicə olundu. Artıq hər şey yaxşıdır. Mənə nəvələrim "böyük mama" deyirlər.
Amma nənəlik ən gözəl hisdir, kiçik yaşlarda ailə qurmuşam, oğlanlarımı da tez evləndirmişəm və tez də nənə olmuşam. Bu, məni qorxutmur. Bəzi qadınlar deyir ki, mənə nənə deyilməsin, yaşlanmaqdan qorxurlar"
Mətbəxə keçən xalq artisti evində yeməyi özü bişirdiyini deyib:
"Sənəti kənara qoyuram, xanım evində xanımlığını etməlidir. Başqasına etibar etməməlidir, evinin xanımı olmalıdır. Hesab edirəm ki, sənətçilərdən də çox gözəl xanımlarımız var ki, mətbəxində öz yeməklərini bişirir".
Qeyd edək ki, Xalq artistinin Əkbər və Əli adlı oğulları var.