Hollivudun məşhur aktyoru Matt Damonın qızı koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, karantin rejimini ailəsi ilə Dalkey adlı kiçik qəsəbədə keçirən Matt Damon həyat yolaşı Lusiananın ilk nikahından olan qızının virusa yoluxduğunu etiraf edib.
Hazırda Aleksiyanın sağaldığını deyən aktyor onun Nyu-Yorkda təhsil aldığını bildirib:
"Ailəmiz üçün çox qorxulu hadisə idi. Amma hesab edirəm ki, hamımız dərsimizi aldıq. Hər kəs sosial məsafəyə diqqət edir və əllərini yuyur. Ən qısa zamanda ABŞ-a qayıdacağımızı və Aleksiya ilə görüşəcəyimizi gözləyirik".