Müğənni Damlanın Moskvadan Bakıya qayıtması haqqında xəbər yayılıb.
Teleqraf.com məsələni dəqiqləşdirmək üçün Damlanın meneceri Şəhriyar Abışovla əlaqə saxlayıb.
O, saytımıza açıqlamasında yayılan məlumatı təkzib edib: "Damla hələ Bakıya gəlməyib, şayiədir. Sərhəd açılsın, gələcək. Bir saat öncə danışmışam, hazırda Dağıstanın Dərbəndə şəhərindədi. Əvvəl Moskvada idi, aprelin 26-da Dərbəndə gəldi ki, sərhəddən keçsinlər, amma hələlik mümkün deyil.
İnşallah, sərhəd açılsın, Bakıya gələcək. Sərhəd açılana qədər orada qalacaq".
Qeyd edək ki, Damla martın 20-dən Moskvaya gedib. Koronavirus pandemiyasına görə dövlətlər arası sərhədlər bağlı olduğuna görə müğənni Moskvada qalıb.