Müğənni Ayan Babakişiyeva əməkdar artist Ədalət Şükürovla qalmaqalından danışıb.
Teleqraf.com xəbər verir ki, Ayan Babakişiyeva "ATV maqazin onlarla" verilişində Ədalət Şükürovla arasını vurmaq istəyən üçüncü şəxsin olduğunu deyib:
"Təbii ki, Ədalət Şükürova hörmətim sonsuzdur. Arada buynuzlu şeytan var. Bu, qalmaqal deyil. Ona həyatında, işində uğurlar arzu edirəm".
Qeyd edək ki, Ayan Babakişiyevanın "bir daha Ədalət Şükürovla duet oxumaram" fikri onların münasibətinin korlanmasına səbəb olmuşdu.