19 May 2020 15:55
1 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Şəbnəm Tovuzlu həmkarı Nərmin Kərimbəyovanın ittihamlarını cavablandırıb.

Teleqraf.com-un xəbərinə görə, Şəbnəm "Ona qalsa" verilişində aparıcının "Nərmin Kərimbəyova deyib ki, Şəbnəm Tovuzlu məni təqlid edir" replikasına belə cavab verib:

"Vallah, onu tanımıram, kimdi... O xanım haqda ikinci dəfədir mənə sual verirlər. Siz məni illərlə tanıyırsınız. Mən həyatda da çılğın bir xanımam, deməyi-gülməyi sevirəm. Bu mənim həyat tərzimdir. Bayırda necəyəmsə, efirdə də eləyəm. Efir xətrinə belə deyiləm.

O xanımı heç İnstaqramda da izləmirəm. Onun hərəkətlərini təqlid edirəmmiş... Mən maşınla gedərkən belə, musiqiyə qulaq asıramsa, çiyinlərimi oynadıram.

Ola bilər, o, sənətə yeni gəlir. Sənətinə sözüm yoxdur. Nərmin xanımı bu dəqiqə heç kim tanımır. Amma gəlin bunu etiraf edək ki, yeni çıxan, özünü tanıtmaq istəyən ifaçılar hansısa bir tanınmışın adını çəkir və bu onun üçün reklam olur".


Müəllif: Rəqsanə Həsənova