21 May 2020 13:15
2 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan "Avroviziya-2010” təmsilçimiz Safurə Əliyeva oğlu Natiq Əliyevin doğum gününü qeyd edib.

Teleqraf.com xəbər verir ki, Səfurə Əliyeva İnstaqramda foto paylaşıb, "Təbrik edirəm, mənim əzizim! Həyatımda sənə sahib olmaq sonsuz xoşbəxtliyimin sirridir" statusunu yazaraq oğlunu təbrik edib.

Qeyd edək ki, Safurə Əliyeva mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün İsgəndər, Ayişə və Natiq adlı üç övladı var.


Müəllif: Rəqsanə Həsənova