22 May 2020 22:39
2 866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nurlan Əzizbəyli və həyat yoldaşı Nərmin xanım acınacaqlı vəziyyətlərindən danışıblar.

Müğənni Nurlan Əzizbəyli Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

"Səhhətim normaldır, həyat yoldaşımın səhhəti yaxşı deyil. "Bizimləsən" verilişinə müraciət etdik. Mənzilimiz çox bərbad vəziyyətdədir, yararsızdır. Ev tamamilə sökülməli və yenidən tikilməlidir. Ev mənim dədə-baba mülkümdür. Məşhur olan vaxtlaırm olub, amma qazancımı ailəmə xərcləmişəm. Başqa müğənnilər kimi on minə toylara gedən müğənni olmamışam. Ümumiyyətlə, toylara əvvəlki kimi getmirdim. Elə ay olurdu ki, toy olmurdu".

Nurlan Əzizbəylinin həyat yoldaşı Nərmin xanım isə efirə çıxdıqdan sonra səhhətinin pisləşdiyini deyib: "Efirə çıxdıqdan sonra səhhətim yaxşı deyil. Bəziləri dedi ki, yalan deyirik, biz orada yaşamırıq. Yalandan özümüzü biabır edəcək deyilik ki... Efirə məcburiyyət qarşısında çıxmışam. Böyük stess yaşadım, səhhətim pisləşdi. Heç bir qadın- kişi istəməz ki, on milyon əhali onları bu vəziyyətdə görsün. Ona görə də məcburiyyət qarşısında efirə çıxdıq. Günü- gündən ev uçur, divarlar dağılır. Orada yaşamaq mümkün deyil. Ora ancaq sökülüb yenidən tikilməlidir. Camaat yazır ki, geyinib-gecinib efirə çıxırlar. Biz səliqəli olmalıyıq. Boğazımızdan kəsib, geyim alırıq ki, efirə çıxırıq. Yazırlar ki, ev səliqəsizdir. Təmirsiz evi nə qədər səliqəli etsək alınmır. Belə şeylər məni çox üzdü. Biri deyir yalandır, biri deyir doğrudur. Bu vəziyyəti düşmənimə də arzulamaram. Ona görə də "Bizimləsən" verilişinə üz tutduq. İnanıram ki, Zaur Baxşəliyev bizə kömək edəcək və bu məsələ öz həll yolunu tapacaq. Hər an ev uça bilər. Ev üç otaqlıdır. Bir otağa daxil olmaq mümkün deyil".

Nərmin xanım Nurlan Əzizbəylinin səhətindən də danışıb: "Ürəyində problem yaşananda bir neçə sənətçi dəstək oldu, İzzət Bağırov, Nüşabə Ələsgərli, Elnarə Abdullayeva, Teymur Əmrah və s. Xalq artistlərini çıxmaq şərti ilə hamı Nurlan bəyin yanına gəldi.

Dünən süjet yayımlandıqdan sonra Nadir Qafarzadə dərhal bizə gəldi. Nurlan müəllimə maddi dəstək oldu. Karantindir və heç kimi qınamıram".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər