Türkiyəli aktyor Cem Yılmaz sevgilisi Serenay Sarıkaya ilə tətil zamanı evinin həyətini gizlicə görüntüləyən media nümayəndələrini məhkəməyə verir.
Teleqraf.com-un məlumatına görə, bu barədə o, sosial şəbəkədə yazıb:
“Evi güdməyə görə sizi məhkəməyə verirəm. Xüsusi bir cəhdlə evlərdən video çəkməyə çalışmağınızın əlbəttə, bir “mükafat”ı olmalıdır. Təşəkkürlər”.