Aparıcı və TV8-in rəhbəri Acun Ilıcalı şoumen Cem Yılmaz və aktrisa Serenay Sarıkaya cütlüyünün qonağı olub.
Teleqraf.com xəbər verir ki, Bodrumda olan Ilıcalı cütlüklə xoş anlar keçirib.
Serenay və Cemi evində ziyarət edən aparıcı görüntülərini sosial şəbəkədə paylaşıb. Qonaqlığa kiçik balaca klassik sarı avtomobili ilə gedən Acun video və fotolar da çəkdirib.
"Survivor" yarışmasının çəkilişlərinin aparıldığı Dominikandan yeni qayıdan Ilıcalı istirahət üçün Bodruma yollanıb.