24 İyun 2020 17:17
1 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Televiziya və Radio Şurası 2019-cu ildə serialların çəkilişinə 7 milyon 450 min manat ayrıldığını haqqında xəbər yayıb.

Teleqraf. com-un əməkdaşı məsələ ilə bağlı tanınmış serialların rejissorlarına "Sizin seriallarınıza pul ayrılıbmı? Seriallların çəkilişinə ayrılan vəsait özünü doğruldurmu? Serialların səviyyəsini necə dəyərləndirirsiniz?" sualı ilə müraciət edib.

Aktyor Elməddin Cəfərov: "Ayrılan vəsaitdən bizə bir manat da verilmir. Yəni ki, mənə verilməyib. Serialların bu gün vəziyyəti keçən il müqayisədə, görüntü, montaj və sair yaxşılaşıb. Seriallarda mövzularda problem ola bilər.

Serialların keyfiyyətinin düzəlməsinə isə zaman lazımdır. Biz serial ölkəsi deyilik. Bizdə Türkiyə, Meksikadakı kimi seriallar çəkilmir.

Çox kiçik serial bazarımız var. Özümüzə uyğun seriallar çəkirik. Maliyyəmiz çox zəifdir. Amma bununla müqayisədə bəzi serialların keyfiyyəti düzəlib. Biz maliyyəni sponsorlardan əldə edirik. Bəzi vəziyyətdə Azad Azərbaycan kanalı da kömək edir".

Rejissor-aktyor Kənan M.M: "Ondan mənə bir manat da gəlməyib, yeməmişəm. Keçən il Türkiyədə idim. Amma bildiyim qədəri ilə dostlarımız sponsorun dəstəyi ilə seriallar çəkiblər.

Serialların səviyyəsi ilə bağlı heç nə deməyəcəm. Çünki serial çəkənlərin hamısı həmkarlarımdır. Mən danışmağı yox, göstərməyə üstünlük verirəm. Yeni sezonda yeni serial təqdim edəcəyik. Yeni mövsümdən keyfiyyətsiz serialların cənazə namazını qılacam".

Rejissor Aqil M.Quliyev: "Bizim o puldan, məbləğdən xəbərimiz olmayıb. Biz qapı-qapı gəzib, bizə pul verin deyə bilməzdik. Nə vaxt ki, insanlar türk və Amerika seriallarına deyil, öz seriallarımıza baxacaqlar, o zaman bizim serialların vəziyyəti düzələcək. Həmin günə qədər seriallarımız uşaq oyununa bənzəyir.

Amma seriallar kiminsə oyuncağı yox, ciddi biznesdir".

Rejissor Faiq Nağıyev: "Mən serialları öz vəsaitim hesabına çəkmişəm. Serialı öz gücümüz, vəsaitimiz hesabına çəkirik. Ümumiyyətlə, ayrılan vəsaitdən xəbərim olmayıb. Heç bir özəl təşkilatdan da kömək olmayıb".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər