Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilən əməkdar artist Bəhram Bağırzadənin son vəziyyəti haqqında həkim Bəxtiyar Musayev məlumat verib.
Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Bəhrəm Bağırzadənin səhhətində dünəndən bu günə ciddi dəyişiklik baş verməyib".
Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.