29 İyun 2020 23:06
1 691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur aktrisa Selin Demiratar ailə qurub.

Teleqraf.com xəbər verir ki, Selin Demiratar özündən 10 yaş böyük iş adamı Mehmet Ali Çebi ilə nigah masasına oturub.

Cütlük nigah mərasiminə koronavirus pandemiyasına görə, çox az sayda qonaq dəvət ediblər.

Belə ki, iş adamı iki dəfə evli olub.

Qeyd edək ki, Selin Demiratar "Acı hayat" serialı ilə məşhurlaşıb.


Müəllif: Rəqsanə Həsənova