Dünyanın ən qapalı ölkələri arasında olan İranda “İnstagram”da açılan bir profil diqqəti çəkib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, fotolarda 1979-cu il inqilabından sonra qəbul edilən qanunu - qadınların qapalı geyinməsini heçə sayan gənc qızlar kişilərlə eyni mühitdə içki içərək rəqs edir.
Yalnız bir ayda 35 min izləyici toplayan hesabda iranlı gənclər əyləndikləri zaman çəkdikləri fotoları paylaşıblar.
Dini qurumlar məsələyə sərt reaksiya veriblər. Onlar paylaşılan şəkillərdəki gəncləri əxlaqsızlıqda günahlandırıblar.
İranlı gənclərin isə son illər Qərb həyat tərzinə maraq göstərdikləri və geyim qadağasına qarşı çıxdıqları bildirilir.
Qeyd edək ki, İranda 2009-ci ildən “Facebook”, “Twitter” və “Youtube” kimi sosial paylaşım saytlarının istifadəsi qadağan edilib.
Teleqraf.com iranlı gənclərin fotolarını təqdim edir :
Rüstəm