Müğənni Roza Zərgərli karantin ərəfəsində yaradıcılığında bir çox yeniliklər edib.
Teleqraf. com xəbər verir ki, sənətçi evdə oturduğu müddətdə layihələr haqda fikirləşdiyini deyib. Zərgərli ilk olaraq duetini təqdim edəcəyini söyləyib. O bildirib ki, bu dəfə də duet ortağı müğənni Əkbər Əliyev olacaq: "Çalışacağıq ki, 20 günə duet təqdim olunsun.
Mahnı "Gecələr qara" adlanır. Bəstəkarı Arzu Abasovadır. Fikrimcə, gözəl mahnıdır. Seviləcəyinə ümid edirəm".
R.Zərgərli solo konsertə hazırlaşdığını da bildirib. O qeyde dib ki, karantin bitən kimi konsert tarixini dəqiqləşdirəcək.