Xəbər verdiyimiz kimi müğənni Nura Suri Azərbaycan Dövlət Televiziyasında və Mədəniyyət kanalında ona qadağa qoyulduğunu bildirib.
Teleqraf.com məsələ ilə bağlı Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nərgiz Rəfiyeva ilə əlaqə saxlayıb.
O, məlumatın doğru olmadığını bildirib: "Məsələdən xəbərdaram. Amma sosial şəbəkədə yazılan hər posta münasibət bildirmirik. Nura xanımın özü də qeyd edir ki, hansısa dostu bu haqda məlumat verib. Bu isə qeyri-ciddi yanaşmadır".
Qeyd edək ki, Nura Suri bu haqda sosial şəbəkədə yazıb: "Bir dostum zəng etdi ki, AzTV və Mədəniyyət kanalı sənə "zapret" qoyub, bir çox tədbirlərə də dəvət olunmayacaqsan. Niyə? Hüsniyyə Məhərrəmovanı da yazdığı statusuna görə işdən çıxarıblar".