İctimai TV-nin aparıcısı Saleh Bağırov sosial şəbəkədə həyat yoldaşı Səkinə və qızı Nərgizin fotosunu paylaşıb.
Teleqraf.com xəbər verir ki, Saleh Bağırov üç yaşı tamam olan qızını doğum günü münasibəti ilə təbrik edib:
"Mənim Nərgiz gülümün bu gün üç yaşı tamam olur. Üç ildir həyatımızı maraqlı, rəngli edən odur. "Qızım" ən sevdiyim kəlmələrdəndir. Sağlıq, bəxt, uğur və ən əsası balama şans arzu edirəm. Sənin simanda bütün balalarımıza. Səni həmişə xoşbəxt görüm".