21 İyul 2020 14:24
1 883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi xalq artisti Nəzakət Teymurova koronavirusdan sağalaraq evinə buraxılıb.

Xalq artistinin qızı Nigar Teleqraf.com-a açıqlamasında anasının səhhətinin yaxşı olduğunu açıqlayıb:

"Anam xəstəxanadan dünən çıxıb. Özünü yaxşı hiss edir. Çox şükür, sonuncu testi də neqativ çıxdı. Biz də test elətdirdik və nəticəsi neqativ oldu".

Qeyd edək ki, Nəzakət Teymurovanın səhhətini Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva nəzarətə götürmüşdü. Xalq artisti modul tipli xəstəxanaya yerləşdirilmişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər