3 Avqust 2020 15:35
8 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızının İnstaqramda yazdığı sözlər maraüla qarşılanıb.

"Tərziniz, hədəfiniz, prinsipləriniz, qısası hər şey özünüzə xas olsun. Sizi sizdən soruşsunlar. Həyatda ən nifrət etdiyim "kopyacı"lardı, onları "vampir"ə bənzədirəm. Sənə aid olan hər şeyi çəkmək, sümürmək istəyən "vampir".

Bəlkə çox şişirdirəm, bilmirəm. Amma uğrunda ölümü belə gözə aldığım, can dostum dediyim, dırnağını belə kimsəyə dəyişmədiyim insanda belə bu xəstəliyi gördüyüm an həmin insanı ürəyim qan ağlayaraq istəməyərək həyatımdan silirəm. Təbii ki, çətindir. Amma o "kopya"nın zamanında nə olduğunu gördüyüm və tramva olduğu üçün o şəxs vazkeçilməzim olsa belə qaçıram", - deyə o qeyd edib.


Müəllif: Rəqsanə Həsənova