16 Avqust 2020 23:27
3 570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın həyat yoldaşı, fitness məşqçisi Kənan Əliyev açıqlaması ilə diqqət çəkib.

Teleqraf. com xəbər verir ki, Kənan Əliyev İnstaqramda hekayə bölündə paylaşım edərək Aynişan Quliyeva ilə barışdığını bilidirib: “Əziz dostlar, tanıdıqlarım, tanımadıqlarım! Günlərdir bu barədə yazılır, danışılır. Amma biz heç birimiz hadisənin bu qədər şişməsini, bu dərəcəyə gəlməsini istəməzdik. Ən azı, buna səbəb olacaq xüsusi nəsə etməmişdik!

Əlbəttə ki, hər ailədə kiçik söz-söhbətlər, xırda incikliklər olur. Bəzən belə hallar tərəflərin daha sonrakı birgəliklərinə, bir-birini içdən tanımasına təsir edir. Hər şərdə bir xeyir var məsəli kimi. Əslində, bizim bu boyda şişirdiləcək bir problemimiz yox idi.

Bu məsələni bəzi insanlar bu qədər böyüdüb, daha sonra bizi ittiham etməyə başladılar. Biz də insanıq, gəncik, emosiyalarımız, çılğınlığımız var. Guya heç bir ailədə tərəflər arasında inciklik, anlaşılmazlıq olmayıb? Ötəri stress səbəbindən “İnstaqram”dan bir-birini silən olmayıbmı?

Biz də sizdən biri sayılmırıqmı? Bizim də buna kiçik bir haqqımız çatmırmı?

Sizdən bunu bu qədər şişirtməyi xahiş etdik?

Bir-birimizə ictimai hörmətsizlikmi etdik?

Ünvanımıza xoşagəlməz sözlərmi işlətdik?

Bu ssenari bizim yox, sizin əl işiniz idi. İcazə verirsinizsə, dağılmamış həyatımıza qaldığımız yerdən davam edək.

Və son olaraq “İnstaqram”dan və telefon yaddaşından çıxarmaq, ürəyindən, taleyindən çıxarmaq deyil. Sizi sevirik, siz də sevin".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər