27 Avqust 2020 00:11
1 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Kanye Vest yeni qalmaqalla gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, Kanye Vestin son addımı müsəlmanları qəzəbləndirib.

Buna səbəb təqdim edəcəyi geyim və ayaqqabı markasına İsrafil və Əzrail adlarını verməsi olub.

Müsəlmanlar bunun dinlərinə təhqir olduğunu qeyd edərək Kanye Vesti sərt tənqid edərək markanın adının dəyişdirilməsini tələb ediblər.

Qeyd edək ki, Kanye Vest hazırda həyat yoldaşı Kim Kardaşyanla evliliyindəki problem və ABŞ prezidentliyinə namizəd olması ilə gündəmdədir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər