27 Avqust 2020 11:01
6 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aparıcı Leyla Quliyeva Xəzər Televiziyasında fəaliyyətə başlayıb.

Teleqraf.com xəbər verir ki, "Yayın ən Mehriban günü" verilişinə aparıcılıq edən Leyla Quliyeva bu haqda özü məlumat verib:

"Xəzər TV-də gördüyüm ilk iş... Həyatda təsadüfi heç nə olmur. Bu komanda ilə ilk işimiz məhz bu tarixdə, bu adla reallaşmalı idi. Bundan sonra fasiləsiz, sürətli, keyfiyyətli və ən əsası ürəkli addımlarla yalnız irəli gedəcəyik. Nə yaxşı ki, varsınız!"

Leyla Quliyeva İTV-nin Musiqi departamentinin rəhbəri olub. Onu "Xəzər"ə televiziyanın rəhbəri Murad Dadaşov dəvət edib.


Müəllif: Rəqsanə Həsənova