27 Avqust 2020 12:39
1 607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa, teleaparıcı Zümrüd Qasımova atası haqda etiraflar edib.

Teleqraf.com xəbər verir ki, aktrisa bu sözləri deyib:

"Atamın çox ağır xasiyyəti vardı. O, evdə olanda ucadan danışmaq, gülmək olmazdı. Atam evdə mənimlə söhbət eləməzdi. Yalnız çay istəyəndə çağırar, ya da stəkanı nəlbəkiyə vurardı, onda bilirdim ki, çay istəyir.

Həmişə atamla danışmaq, gülmək, dərdləşmək istəyirdim. Amma bu yalnız arzu idi. Mənim lap uşaqlıqdan, özümü tanıyandan sevgiyə ehtiyacım olub. Bəzən valideynlər fikirləşir ki, uşaqları yemək-içməklə təmin etməklə iş bitir. Halbuki hər şeydən öncə övlada sevgi lazımdı. Onu sevin, qucaqlayın, öpün. Qoy sizin övladınız sevgisizliyi dadmasın. Sevgi ilə böyüyən uşaqlar az səhv edər. Qəlbləri təmiz və rəhmli olar. Sevgi axtara-axtara səhv addım atmazlar.

Hər zaman arzulamışam ki, atam məni sevdiyini desin və bu sevgini göstərsin. Buna vaxt çatmadı... Ruhun şad olsun, ata".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər