Müğənni İradə İbrahimova sosial şəbəkədə arxiv fotosu ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, müğənni ilk dəfə atasının fotosunu İnstaqramda paylaşıb:
"Ailə albomumdan çıxan şəkil. O zaman hamı sağlam və həyatda idi. İnsanlar bir-birinə çox bağlıydı. Uzun-uzadı şəkilə baxdım və gecə göz yaşlarım sel oldu. Bu dəfə gecə yuxuma gəldi və uzun-uzadı səssizcə üzümə baxdı.
Bilirsiz, bu həyatda anamı başıma tac etdim, amma ən çox atamı sevdim. Bu aralar ağlım bu dünyadan köçənlərdədir. İnsan qucaqlaşmağı, səslərini, söhbətlərini, gülüşlərini və ən çox da əllərini və qoxularını özləyir. Mən sevdiklərimi əllərindən və iylərindən tanıyıram. Allah əbədi həyatda olanlara rəhmət eləsin".
Qeyd edək ki, İradə İbrahimova türkiyəli iş adamı Ceyhun İzərlə evlidir. Cütlüyün bir oğlu, bir qızı var.