Müğənni Gülay Zeynallı idmançı həyat yoldaşı Kamil Zeynallıdan ayrıldığını üstüörtülü şəkildə etiraf edib.
Teleqraf.com xəbər verir ki, Gülay Zeynallı MTV Azərbaycan kanalında deyib:
“Özümü şou-biznesdə yox, incəsənətdə görürəm. Bir insanı hər kəs sevə bilməz. Hər kəs reytinq istəyir. Amma nə isə yazanda düşünmək lazımdır ki, bu insan tək deyil. Onun ailəsi, anası var. Mən və o insanın nə yaşaması bizim istəyib-istəməyimizlə bağlı deyil.
Bu, Allahın qismətidir. Bu qisməti heç kim poza bilməz. Mən gedirəm və ayağım büdrəyir. Deməli, bu mənim qismətimdir. Real insanam. Bəzən pis oluram. Günlərlə İnstaqram səhifəsinə daxil olmuram. Mən artıq bərkimişəm, amma elə şeylər yazılır ki, anam və bacılarım pis olurlar”.
Qeyd edək ki, Kamil Zeynallı və Gülıay Zeynallının Sahilə adlı qızı var.